YouVersion Logo
Search Icon

YARADILIŞ 21

21
İshaqın doğulması
1Rəbb dediyi kimi Saraya nəzər saldı və ona söylədiyi sözü yerinə yetirdi: 2#İbr. 11:11 Sara hamilə oldu və İbrahimin qocalıq çağında – Allahın ona söylədiyi vaxt bir oğul doğdu. 3İbrahim Saradan doğulan oğluna İshaq #21:3 İshaq – ibrani dilində gülür. adını qoydu. 4#Yar. 17:12; Həv. 7:8 Allahın İbrahimə əmr etdiyi kimi o, oğlu İshaqı doğulandan səkkiz gün sonra sünnət etdi. 5İshaq doğulanda İbrahimin yüz yaşı var idi. 6Sara dedi: «Allah mənim üzümü güldürdü. Bunu eşidən hər kəs mənimlə birgə güləcək». 7O yenə dedi: «Kim İbrahimə deyərdi ki, Sara uşaq əmizdirəcək? Amma qocalıq çağında mən ona bir oğul doğmuşam».
Həcər və İsmailin evdən qovulması
8Uşaq böyüyüb süddən kəsildi. İshaqın süddən kəsildiyi gün İbrahim böyük bir ziyafət verdi. 9#Qal. 4:29-30 Sara gördü ki, Misirli Həcərin İbrahimə doğduğu oğlu ona gülür. 10Sara İbrahimə dedi: «Bu cariyəni və onun oğlunu qov. Bu cariyənin oğlu mənim oğlum İshaqla birgə varis olmayacaq». 11Bu iş İbrahimi çox narahat etdi, çünki İsmail də onun oğlu idi. 12#Rom. 9:7; İbr. 11:18 Allah İbrahimə dedi: «Uşaqdan və cariyəndən ötrü narahat olma. Saranın sənə söylədiyi bütün sözlərə qulaq as, çünki İshaqdan törəyənlər sənin nəslin adlanacaq. 13Amma cariyənin oğlundan da bir millət törədəcəyəm, çünki o da sənin nəslindir».
14İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı. 15Tuluqda su qurtardı. O, oğlunu bir kolun altına qoydu. 16Sonra oradan bir ox məsafəsi qədər aralanıb uzaqda oturdu. «Oğlumun ölümünü görməyim» dedi və uşağın qarşısında oturub hönkür-hönkür ağladı.
17Allah uşağın səsini eşitdi. Allahın mələyi göylərdən Həcəri çağırıb dedi: «Sənə nə olub, Həcər? Qorxma, çünki uşağın oturduğu yerdən Allah onun səsini eşitdi. 18Qalx uşağı qaldır, onu qucağına götür. Mən ondan böyük bir millət törədəcəyəm». 19Allah Həcərin gözlərini açdı və o, bir su quyusu gördü. Gedib tuluğu su ilə dolduraraq uşağa içirtdi. 20Allah bu uşaqla idi. O böyüyüb, çöldə yaşamağa başladı və mahir oxatan oldu. 21O, Paran çölündə məskən saldı. Anası ona Misir torpağından bir arvad aldı.
İbrahimin Avimeleklə əhdi
22 # Yar. 26:26 O zaman Avimelek və onun ordu başçısı Pikol İbrahimə dedilər: «Sən nə etsən, Allah səninlədir. 23İndi burada Allahın haqqına mənə and iç ki, nə mənə, nə oğluma, nə də nəvəmə xəyanət edəcəksən: mən sənə sadiq olduğum kimi sən də mənə və qaldığın torpağın adamlarına sadiq ol». 24İbrahim «mən and içirəm» dedi.
25Avimelekin adamlarının qəsb etdiyi su quyusundan ötrü İbrahim Avimeleki məzəmmət etdi. 26Avimelek dedi: «Bilmirəm, bu işi kim etdi. Sən də mənə bildirmədin, mən ancaq indi eşidirəm». 27İbrahim qoyun-keçi və mal-qara alıb Avimelekə verdi. Beləcə ikisi bir əhd bağladı. 28İbrahim sürüsündən yeddi dişi quzunu ayırıb qoydu. 29Avimelek İbrahimə dedi: «Ayırıb qoyduğun bu yeddi dişi quzu nə üçündür?» 30O dedi: «Bu yeddi dişi quzunu məndən götür ki, bu quyunu qazdığıma şəhadət olsun». 31Buna görə də o buranı Beer-Şeva#21:31 Beer-Şeva – ibrani dilində and quyusu yaxud yeddi quyu. adlandırdı, çünki onların ikisi də orada and içdi. 32Beləcə Beer-Şevada əhd bağladılar. Sonra Avimelek və onun ordu başçısı Pikol qalxıb Filiştlilərin ölkəsinə qayıtdılar. 33İbrahim Beer-Şevada bir yulğun ağacı əkdi və orada əbədi Allah olan Rəbbə sitayiş etdi. 34İbrahim Filiştlilərin ölkəsində uzun müddət qaldı.

Currently Selected:

YARADILIŞ 21: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy